
Qısqanclıq zəminində tapançadan atəş açaraq qonşusuna xəsarət yetirdi
Hadisə Hacıqabulda baş verib. Belə ki, Hacıqabul şəhərində yaşayan Anar Bayramov qısqanclıq zəminində tapançadan atəş açaraq qonşusu Ramin Əlizadəyə xəsarət yetirmişdir. A.Bayramov könüllü olaraq Hacıqabul RPŞ-yə gəlmiş və hadisə zamanı istifadə etdiyi 1 ədəd "Baykal" markalı tapançanı təhvil vermişdir.
Belə deyirlər ki, "Qadınlar qısqanclığı bağışlamır. Onun olmamağını isə heç bağışlamırlar". Qısqanclıq ifrat vəziyyətə çatdıqda isə nəticəsi çox ağır olur.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər