Bakıda növbəti qəza

Bakıda növbəti qəza

21 May 2011 13:27
Bəyəndim (0) Bəyənmədim (0)
2 nəfər ölüb

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən xəbərə görə, mayın 20-dən 21-nə keçən gecə Qala-Pirallahı yolunda Müqabil İbrahimov idarə etdiyi "KamAZ" markalı yük maşınını aşırıb. Nəticədə maşında olan sərnişinlər Rəfael Yaqubov və Bəhruz Şahbazov dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Günel Həbib