25 yaşlı sərxoş oğlanı bıçaqladılar

25 yaşlı sərxoş oğlanı bıçaqladılar

16 Dekabr 2013 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə sərxoş gənc naməlum şəraitdə bıçaqlanıb.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə şəhər sakini, 1988-ci il təvəllüdlü Hafiz Rəhimov qarın nahiyəsinin 3 yerindən kəsilmiş deşilmiş yara diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən gəncin vəziyyəti orta ağır qiymətləndirilir.Polis İdarəsindən bildirilib ki, 25 yaşlı H. Rəhimov sərxoş olduğundan onu dindirmək hələlik mümkün olmayıb. Ona görə də gəncin kim tərəfindən bıçaqlandığı məlum deyil.Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.