
Bakıda gizli qumarxana aşkar edildi
Bakının Qaradağ rayonunda çay evində qumarxana aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lökbatan qəsəbə sakini Altay Quliyevin Musavi küçəsindəki çay evində qumarxana təşkil etməsi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb.
Digər xəbərlər