Sumqayıtdakı qətlin 18 yaşlı qurbanı və 17 yaşlı qatili

Sumqayıtdakı qətlin 18 yaşlı qurbanı və 17 yaşlı qatili

14 Dekabr 2013 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 7-də xəbər vermişdik ki, Sumqayıtda 2 gəncin arasında baş vermiş münaqişə ölümlə nəticələnmişdi.Belə ki, 17 yaşlı Ruslan Quliyev şəxsi münasibətlər zəmnində 18 yaşlı Məmmədsaleh Şükürovu bıçaqla qətlə yetirmişdi.Baş vermiş hadisənin təfərrüatları artıq məlumdur. Belə ki, gənclər 47-ci məhəllədəki hasara alınmış ərazidə aralarında baş verən münaqişəni aydınlaşdırmaq üçün görüşüblər.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları dərhal qətldə şübhəli sayılan R.Quliyevi tutublar. R.Quliyev dindirilərkən deyib ki, hardasa bir ildən artıqdır aralarında problem yaşanırdı.Müstəntiqin "Bıçağı üzərində niyə gəzdirirdin?" sualına R.Quliyev cavab verib ki, həmişə üzərində bıçaq gəzdirir və ora gələndə niyyəti olmayıb ki, məhz bıçaqla onu vursun.

"Bizim çoxdankı münaqişəmiz nəticəsində oldu və bunu aydınlaşdırmaq istəyirdik. Bəlkə də söyüş söyməsəydi, belə olmazdı. O, məni altına alıb vururdu. Mən də dura bilmirdim, məcbur olub bıçaqla vurdum ki, dursun. Xeyli vaxt idi ki, bir-birimizi başa düşmürdük, tez-tez münaqişələrimiz olurdu".

Bundan başqa, internetdə həmin gənclərin, xüsusilə də qətli törədən 17 yaşlı Ruslan Quliyevin şəkilləri yayılıb. Baş vermiş hadisə ilə bağlı yazmaq istərdik, lakin hesab edirik ki, son vaxtlar 18-20 yaşlı gənclər arasında ölümlə, bıçaqlaşma ilə nəticələnən cinayətlərin artması fonunda mövzuya əlavə olunmuş şəkillər istənilən sözlərdən daha çox informasiya çatdıra biləcək və oxucularımız vəziyyəti daha yaxından anlaya biləcəklər. Qətli törətmiş və öldürülmüş gənclərin fotoşəkillərini təqdim edirik./xeberle/