Siciliya mafiyasının tanınmış rəhbəri həbs olundu

Siciliya mafiyasının tanınmış rəhbəri həbs olundu

13 Dekabr 2013 22:59
Bəyəndim (0) Bəyənmədim (0)
"İblis" ləqəbi ilə tanınan mafiya başçısının bacısı və qardaşı oğlu da həbs olunub

İtaliya polisi Siciliya mafiyasının ən nüfuzlu boslarından olan Matteo Messina Denaronun yaxın qohumlarından birini həbs edib.

ANS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, həbs olunan şəxs də böyük mafiyalardan birinin başçısıdır və "İblis" ləqəbi ilə tanınır. O, 10-dan çox insanın ölümündə ittiham olunur.
İtaliyanın Mafiyalarla Mübarizə İdarəsi ilə Maliyyə polisinin Siciliya adasında həyata keçirdiyi "Ədəm" genişmiqyaslı əməliyyatının gedişatı zamanı təxminən 30 nəfər saxlanılıb. Həbs olunanlar arasında "İblis"in bacısı və qardaş oğlu da var.
Qeyd edək ki, "İblis" artıq 30 ildir ki, polisdən gizlənirdi. Əməliyyat zamanı dəyəri 5 milyon avro olan əmlak müsadirə olunub.