Şirkət rəhbəri dələduzluqda ittiham edilir

Şirkət rəhbəri dələduzluqda ittiham edilir

11 Dekabr 2013 17:02
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhər sakini 47 min 300 manat pulunun mənimsənilməsi ilə bağlı polisə şikayət edib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən apa-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, özəl klinikada həkim-cərrah işləyən Fəxrəddin Babayev idarəyə müraciət edərək bildirib ki, Gəncədə lombard fəaliyyəti göstərən "Nuri" MMC-nin rəhbəri Nurəddin Həmzəyev tərəfindən aldadılaraq pulu mənimsənilib. Polis əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, N. Həmzəyev ötən ilin noyabr ayından başlayaraq hissə-hissə F. Babayevin 47 min 300 manat pulunu mənimsəyib. Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.