Məşhur residivist ələ keçdi

Məşhur residivist ələ keçdi

11 Dekabr 2013 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz rayon sakini kirayə qaldığı ev sahibinin kürəkənini bıçaqladığına görə həbs olunub. APA-nın xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb. Təqsirləndirilən şəxs Babək Mansurov deyir ki, evdə oturub çörək yediyi zaman naməlum şəxs içəri daxil olub: "İçəri girən kimi dedi ki, ev sahibinin kürəkənidir, oturdu, araq içdik".

Daha sonra onlar bərabər "Afrodita" sadlıq sarayının yaxınlığında yerləşən kafeyə gedib. Orada da da spirtli içki qəbul etdikdən sonra sözləri düz gəlməyib. Babək Mansurov onu bıçaqlayıb. Təqsirləndirilən 34 yaşlı Babək Mansurov zərərçəkən Səbuhi İmanova bıçaqla 3 zərbə endirib. Yaralı vaxtında Su Tikinti Xəstəxanasına çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

Babək Mansurov əvvəllər müxtəlif maddələrlə 5 dəfə məhkum olunub