"Azərpoçt"dan "pullu" seyf oğurlandı

"Azərpoçt"dan "pullu" seyf oğurlandı

9 Dekabr 2013 11:15
Bəyəndim (0) Bəyənmədim (0)
Oğrular seyfi dağıdıb, pulları götürmək istəsələr də...

Bakıda poçtdan içərisi pulla dolu seyf oğurlanıb.

Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə Hövsan qəsəbəsində qeydə alınıb. Hövsan qəsəbəsində "Azərpoçt"a məxsus poçt filialına dəmir barmaqlıqları qırmaqla daxil olan naməlum şəxslər oradan içərisi pulla dolu seyfi oğurlayıblar. Bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. İsti izlərlə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlər – Məhəmməd Əsgərov, Nicat Atababayev, Ziya Badantinov və Sübhan Rüstəmov tutulublar. Saxlanılan şəxslər hadisədən dərhal sonra seyfi dağıdaraq pulları götürmək istəsələr də, buna nail ola bilməyiblər. Oğurlanan seyf "Azərpoçt"a təhvil verilib.