Zaqatalada evə basqın edən şəxs saxlanılıb

Zaqatalada evə basqın edən şəxs saxlanılıb

6 Dekabr 2013 16:43
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatalada evə basqın edərək ev sahibinə hədə-qorxu gəlib, pul tələb edən Balakən rayon sakini həbs edilib. Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) apa -nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabr ayının 24-də axşam saat 20.00 radələrində rayonun Qəbizdərə kənd sakini Əliyeva Samirət Əli qızının evinə daxil olaraq onun 145 manat pulunu və 1 ədəd qızıl boyunbağını oğurlayan Balakən rayonunun Katex kəndində yaşayan Umrayev Fərman Əlicanbəy oğlu yaxalanaraq istintaqa təhvil verilib. Tanınmamaq üçün xüsusi maskadan istifadə edən Fərman Umrayev əlindəki bıçaqla ev sahibəsinə hədə-qorxu gəlib. Onun pulunu və zinət əşyasını alan Fərman Umrayev daha sonra istifadə etdiyi maska və bıçağı iz azdırmaq məqsədi ilə Katex çayına atıb. Oğurlanan boyunbağı saxlanılarkən maddi sübut kimi Fərman Umrayevin üzərindən götürülüb. Zaqatala RPŞ-dən bildirilib ki, Fərman Umrayev əvvəllərdə Cinayət Məcəlləsinin 149.2.4 maddəsi ilə məhkumluq həyatı yaşayıb. Faktla bağlı RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə cinayət işi açılıb.