
Söyüşə görə qatilə çevrildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu öldürməkdə təqsirli bilinən Sanqaçal yol sahəsinin keçid növbətçisi işləyən Nazir Cabbarovun məhkəməsi başlayıb.
Bu il iyunun 9-da Sanqaçal yol sahəsinin keçidində Nazir Cabbarov növbədə olarkən qonşusu İrşad Rzayevi bıçaqlayaraq öldürüb. Daha sonra Nazir Cabbarov hadisə yerinə polis çağırıb və təslim olub. Onlar Puta qəsəbəsində qonşu olublar.
Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Nazir Cabbarov hadisədən əvvəl İrşad Rzayevin onu söydüyünü deyib: "Heç bir səbəb olmadan İrşad məni söydü. Onun hərəkətlərindən əsəbiləşdim. Buna görə də aramızda mübahisə yarandı və bıçaqla onu vurdum".
Digər xəbərlər