Bakıda 24 yaşlı oğlan bıçaqlanıb

Bakıda 24 yaşlı oğlan bıçaqlanıb

6 Dekabr 2013 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 24 yaşlı oğlan bıçaqlanıb. Səbail Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə Nigar Rəfibəyli-34 ünvanında qeydə alınıb.

1991-ci il təvəllüdlü Hacıbala Böyükağa oğlu Hənifəyev aralarında yaranan münaqişə zəminində 1989-cu il təvəllüdlü Tural Şahin oğlu Abdullazadəni bıçaqlayıb. Hadisəni törədən H.Hənifəyev tutulub. Faktla bağlı araşdırma aparılır.