
Beyləqanlı Bakı sakinini bıçaqladı
Ötən gün saat 17:40 radələrində Bakının Xəzər rayonu ərazisində qanlı hadisə baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Zirə qəsəbəsi ərazisində Orxan Quliyev bıçaqlanıb. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində onu bıçaqlayan Beyləqan rayon sakini Zaur Mirzəyev tutulub.
Digər xəbərlər