
50 yaşlı kişini bıçaqlayıb qaçdılar
Ötən gecə Siyəzən rayonunda 50 yaşlı kişi bıçaqlanıb. Məlumata görə, 1963-cü il təvəllüdlü Yamiddin Həsənbəy oğlu Həsənbəyov bıçaq yarası alaraq xəstəxanaya yerləşdirilib. Onun qarın nahiyyəsindən bıçaqlandığı bildirilir. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır. Hadisəni törədən şəxsə gəlincə, onun qaçaraq gizləndiyi bildirilir. Hazırda polis onun tapılaraq cinayətə cəlb olunması istiqamətində axtarışa başlayıb.
Digər xəbərlər