
Dünən qeydə alınan avtoqəzalar
Dünən Ələt-Astara-İran sərhədi yolunun
Salyan rayonu ərazisindən keçən 49-cu km-də İİR vətəndaşı Mağsadğaleh
Mohammadtağının idarə etdiyi "İnternational" markalı, 15 A 424-10 qeydiyyat
nişanlı yük avtomobili qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə
olan, Salyan sakini Əhmədov Soltan D.oğlunun idarə etdiyi "Qaz-24"
markalı minik avtomobili ilə toqquşmuşdur. Nəticədə "Qaz-24"ün sürücüsü və
həmin avtomobildə olan Abbasov Farəddin A.oğlu aldıqları xəsarətlərdən hadisə
yerində ölmüş, həmin avtomobildə olan digər sərnişinlər Ədilov Natiq, İbrahimov
Namiq və Abbasov Elvin xəsarət alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına
çatdırılsalar da, Elvin və Namiq aldıqları xəsarətlərdən ölmüşlər.
Digər yol-nəqliyyat hadisəsi Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində
yerləşən dəmiryol keçidində qeydə alınmışdır. 1957-ci il təvəllüdlü Bakı şəhər
sakini Hüseynov Fərhad Hüseyn oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı 10
ZT 218 dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı-Tümen marşrutu üzrə
hərəkət edən qatarla toqquşmuşdur. Nəticədə avtomobilin sürücü və sərnişin
1959-cu il təvəllüdlü Hüseynov İlfan Cümşüd oğlu hadisə yerində ölmüşlər.
Həyat yolları kəsişir. Avtomobil yollarında ehtiyatlı olsaq, kəsişmə nöqtəsi qəza adlanmaz...
Könül Aypara
O.M.