
Şabran şəhər sakininin evinə silahla girmiş bir qrup şəhər sakini tutulub
Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstə saxlanılıb. Dəstə üzvləri Şabran şəhər sakinləri Mehman Dadaşov, Namil Əzizov, Emin Hacıyev və əvvəllər məhkum olunmuş Rauf Əliyev aprelin 4-də Qadir Gülməmmədovun evinə silahla girməkdə təqsirləndirilirlər. M. Dadaşovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər