
Avtomaşın qaçırmış şəxs tutulub
Mayın 15-nə keçən gecə Sumqayıt şəhəri ərazisində yaşayan Mehman Əsgərova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün saat 14.30 radələrində rayon ərazisində saxlanılmış, avtomaşını qaçırmış Sumqayıt şəhər sakini Təhmasib Əliyev sonrakı araşdırmalar aparılması üçün Sumqayıt ŞPİ-yə təhvil verilmişdir.
Avtomaşını qaçırsa da, qismətdən qaça bilmədi.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər