Ər-arvad aptek soydular
Abşeronda ər-arvad aptekə basqın edib. Mediainfo.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 29-da Xırdalan şəhərində qeydə alınıb.Şəhər ərazisindəki aptekə gələn 2 naməlum şəxs orada satıcı işləyən Aynur Abdullayevanı və Sevinc Zeynalovanı bıçaqla hədələyib oradan 950 manat pul aparıblar. Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məhəmmədəli Muradov və onun arvadı Nurlana Əsədova tutulublar.Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər