Musiqinin səsini yüksəltdi deyə, qardaşını bıçaqladı

Musiqinin səsini yüksəltdi deyə, qardaşını bıçaqladı

25 Sentyabr 2013 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün axşam saatlarında Bakının Suraxanı rayonunda qardaş qardaşı bıçaqlayıb.Oxumeni.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsindən verilən məlumata görə, Hövsan qəsəbəsində yaşayan 30 yaşlı Abbas Tacəddin qardaşı 29 yaşlı Fərid Tacəddini tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər Abbasın həyatını xilas edib.Polisdən bildirilib ki, Tacəddinlərin ailəsi problemlidir. Daim onlarda münaqişələr olur. Dünən baş verən hadisəyə gəlincə, Fərid evdə maqintofonun səsini yüksək veribmiş. Qonşuları şikayət edib. Abbas isə kiçik qardaşından səsi azaltmağı xahiş edib. Nəticədə qardaşlar arasında münaqişə baş verib. Əsəblərini cilovlaya bilməyən Fərid bıçağı qardaşının sol döş qəfəsinə sancıb. Xoşbəxtlikdən bıçağın yarası dərin olmayıb və zərbə ürəyə qədər işləməyib. Hazırda Abbasın həyatı üçün təhlükə yoxdur. Qeyd edək ki, ölümdən dönən qardaş Fəriddən şikayətçi olmayıb.

O.M.