Ərli qadın sevgilisinin evlənməyinə dözmədi...
Dünən təxminən saat 17:00 radələrində Binəqədi rayonunda qətl törədilib. Qadın kişini doğrayıb.
Oxumeni.az xəbər verir ki, bu barədə vesti-yə Binəqədi rayon Polis İdarəsindən bildiriblər. Cinayət rayonun 5-ci polis bölməsinin ərazisində, Nərimanov küçəsində törədilib. Qətlin qurbanı Füzuli rayonundan olan 1985-ci il təvəllüdlü Allahverdiyev Elçvin Teyyub oğludur. Faktla bağlı 1979-cu il təvəllüdlü Mirsəliyeva Mədinə saxlanılıb.Bu arada məlum olub ki, qətl Mirsəliyevanın mənzilində törədilib.Təhqiqat zamanı məlum olub ki, qadın və kişi qaçqınlar və məcburi köçkünlər üçün yataqxanada, eyni mərtəbədə yaşayıblar və qapıbir qonşu olublar. Əvvəllər onları çox isti münasibətlər bağlayırmış. Qonşular düz dörd il eşq macərası yaşayıblar. Lakin üç gün əvvəl Allahverdiyev ailə qurub və onun bu addımı qadını çox qəzəbləndirib.Dünən kişi növbəti dəfə Mirsəliyevanın evinə gəlib. Söhbət zamanı qadın ondan gənc həyat yoldaşından ayrılmağı və onunla qalmağı tələb edib, lakin rədd cavabı alıb. Onların arasında baş verən münaqişə zamanı Mirsəliyeva masanın üzərindəki bıçağı götürərək, düz Allahverdiyevin ürəyinə soxub.Rayonun 5-ci polis bölməsindən həmçinin bildiriblər ki, saxlanılmış qadın əslən Gəncədəndir, o, ərdədir və üç azyaşlı övladı var.Faktla bağlı təhqiqat davam edir.
O.M.