Qardaşı qızını boşayan 18 yaşlı oğlanı boğaraq öldürdü
Azərbaycanda 18 yaşlı oğlan qətlə yetirilib.
Cəlilabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Cəlairli kəndində qeydə alınıb. 1980-ci il təvəllüdlü Elnur Mirzə oğlu Mirzəyev 1995-ci il təvəllüdlü Niyammədin Əyyub oğlu Bayramovu boğaraq qətlə yetirib.Polisdən, həmçinin bildirilib ki, N. Bayramov E. Mirzəyevin qardaşı qızı ilə 4 ay əvvəl boşanıb və hadisənin də bu səbəbdən baş verməsi ehtimal edilir.Hadisəni törədən E. Mirzəyev tutulub.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər