Ov tüfəngi həmkəndliləri ayırdı
Azərbaycanın Bərdə rayonunda güllələnmə hadisəsi baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gecə rayonun Vəliuşaqlı kəndində qeydə alınıb. Kənd sakini, 36 yaşlı Seymur Cəlilov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 39 yaşlı Elman Qurbanovu güllələyib. Nəticədə E. Qurbanov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törədən S. Cəlilov polis tərəfindən saxlanılıb. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
O.M.
Digər xəbərlər