Bakıda “qaynana və gəlinləri” oğru qrupu tutuldu
Şamilovlar avtobusda cinayət törədiblər
Bakıda qayınanası ilə birgə oğurluq edən 2 gəlin tutulub.Oxumeni.az Apa-ya istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, avqustun 27-də 100 saylı xətt avtobusunda Bakı şəhər sakini Bənövşə Nüsrətovanın əl çantasından içərisində 960 manat və maaş kartı olan pul kisəsi oğurlanıb.Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Elvin Seyfullayev, Natavan Şamilova, Mətanət Şamilova və Məleykə Şamilova tutulublar.Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, tutulanlar M. Şamilova və N. Şamilova Məleykə Şamilovanın gəlinləridir.Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər