Daş karxanasında qan töküldü
Ötən gün axşam saat 21:19 radələrində Bakının Nərimanov rayonu ərazisində 17 yaşlı oğlan bıçaqlanıb. Rayon Polis İdarəsinin 17-ci polis bölməsindən verilən məlumata görə, Anar Musayevə bir neçə bıçaq zərbəsi vurulub. Hadisə "Böyük Şor" adlı daş karxanada baş verib. Yaralı ağır halda Kliniki Tibbi mərkəzə yerləşdirilib. Onun hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
O.M.
Digər xəbərlər