Bakıda hicablı qadını zorlayanlardan biri həbs edildi

Bakıda hicablı qadını zorlayanlardan biri həbs edildi

6 Sentyabr 2013 12:40
Bəyəndim (0) Bəyənmədim (0)
"Bir müddət aradan çıxaq"

Sabunçu rayon 14-cü polis bölməsinin əməkdaşları keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dünən sentyabrın 4-dən 5-nə keçən gecə Albalı qəsəbəsində törədilmiş qrup şəklində zorlama hadisəsində şübhəli bilinən şəxslərdən birini saxlayıblar.Oxumeni.az xəbər verir ki, bu barədə Sabunçu rayon Polis İdarəsindən bildiriblər.Xatırladaq ki, dünən xəbər verdiyimiz kimi, sentyabrın 4-dən 5-nə keçən gecə, təxminən gecə saat 02:00 radələrində 35 yaşlı Albalı qəsəbə sakini A.M.-in evinə iki kişi daxil olub. Qadın evdə tək olmayıb. Onun iki övladı bu vaxt yatıblarmış. Zərərçəkmiş bildirib ki, cinayətkarlar onu növbə ilə zorlayıblar, bu zaman onlardan biri qadının əllərindən və ağzından tuturmuş ki, o, səs salmasın.

Zərərçəkmiş həmçinin bildirib ki, kişilərin adlarını bilir, çünki bu şəxslər onun əri ilə tanışdırlar. Onların adı Mübariz və Adildir. Həmin gecə şikayətçinin əri özü evdə olmayıb. O, qəlyançı işlədiyi kafedə qalıbmış. Elə o zaman polislər qeyd ediblər ki, söhbət böyük ehtimalla Naxçıvan sakini, qəsəbədə yaşayan və cəmiyyət arasında adı mənfi hallarda çəkilən Adildən söhbət gedir. Və onlar yanılmayıblar. Saxlanılmış Sabunçu rayon sakini, 1988-ci il təvəllüdlü Əsgərov Adil Xəlil oğlu artıq törətdiyi əməli etiraf edib və bildirib ki, cinayəti içkili vəziyyətdə törədib. Bu arada dindar müsəlman qadının zorlanması haqqında xəbər böyük rezonans doğurub. Onu hətta cinayəti törədənlər də oxuyublar.Əsgərov istintaqda etiraf edib ki, hadisə barədə ilk olaraq onun əlbir olduğu Mübariz adlı şəxs öyrənib. O, həyəcanlı şəkildə Əsgərova zəng edib və bildirib ki, bütün internetdə onların adlarının çəkildiyi zorlama cinayəti barədə məlumatlar yayılıb. Mübariz narahatlığını bildirib və deyib ki, indi onları yüz faiz tutacaqlar və ona görə də, bir müddət aradan çıxacaq. Beləliklə, ikinci şübhəli şəxs gizlənib. İlkin məlumatlara görə, qadını zorlamaq üçün özgə evə girmək barədə fikir Əsgərovun olub. Hazırda əməliyyatçılar ikinci şübhəli şəxsin – Mübarizin axtarışlarını davam etdirirlər. Ümid edək ki, polislər onu da tutacaq və cinayət məsuliyyətinə cəlb edəcəklər.Qrup şəklində zorlama hadisəsi ilə bağlı cinayət işi qaldırılıb.

O.M.