
Meqapolislərdə “priton”lar leqallaşdırılacaqmı?
Moskvadakı Leninqrad prospektində hüquq qaydalarını qoruyan sahə
müvəkkili 62 saylı evdə kirayədə yaşayan 30 yaşlı qırğız qadının yanına hər
axşam müxtəlif millətlərdən olan qonaqların gəlmələrindən şübhələnərək yoxlama
aparıb. İki otaqlı mənzildə fransız "priton"unun mənzərəsini görən milis
əməkdaşı pasportları yoxlayarkən aydınlaşıb
ki, 26 yaşlı Oksana Ukraynadan, 23 yaşlı Karina Ermənistandan, 40-ı haqlayan
Marusya isə Moldovadandır.
Aydın olub ki,
qırğız "Mama Roza" artıq 8 aya yaxındır "cəmiyyət evi"nə rəhbərlik edir və bu
müddət ərzində yaxşıca qazanıb.
Fahişəxana
saxladığına görə, bordel sahibəsi milis bölməsinə aparılıb və barəsində RF
CM-nin 241-ci maddəsi ilə cinayət işi qaldırılıb.
İttifaq
dağılandan sonra nəinki Moskvada, Rusiya və başqa respublikaların bütün
meqapolislərində belə "priton"lar payızda bitən göbələklər kimi hər tərəfi
bürüyüb. Bəlkə, bu işi Fransadakı kimi leqallaşdırsınlar?
"Mama
Roza"nın "roza"sı solub.
Bəhram
Mustafabəyli
O.M.