Gəncədə qətl hadisəsi baş verib

Gəncədə qətl hadisəsi baş verib

31 İyul 2013 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində qətl törədilib. Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai küçəsində qeydə alınıb. Şəhər sakini, 1977-ci il təvəllüdlü Vüsal Hüseynov mübahisə zəminində 1960-cı il təvəllüdlü Qabil Arazovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən V. Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.