Centlmensayağı hərəkət ölümlə nəticələndi

Centlmensayağı hərəkət ölümlə nəticələndi

30 İyul 2013 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda kafedə qadınla istirahət beyləqanlının həyatında sonuncu olub. Bu barədə Nizami rayon Polis İdarəsindən bildiriblər.Məlumata görə, dünən axşam Nizami rayonu, Qara Qarayev prospektində qətl törədilib. Cinayətin qurbanı 1977-ci il təvəllüdlü Beyləqan rayon sakini Qasımov Fazil Sadiq oğlu olub. Bildirilir ki, kişi iki bıçaq zərbəsi ilə qətlə yetirilib. Bir müddət sonra faktla bağlı şübhəli bilinən şəxs saxlanılıb. O, əvvəllər məhkum edilmi, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 38 yaşlı Elnur Məmmədovdur. İlkin araşdırma zamanı müəyyən edilib ki, Qasımov dava zamanı öldürülüb. Hər iki şəxs gecə saat 12 radələrində "Suqovuşan" kafesində qonşu masalar arxasında əyləşiblər. Lakin təklikdə əyləşmiş Məmmədovdan fərqli olaraq, Qasımovun yanında yüngül əxlaqlı qadın da olub. Hadisənin baş verdiyi anda Məmmədov və Qasımov içkili olublar. Məmmədovun sözlərinə görə, hər şey Qasımov və onun yanındakı qadınla mübahisədən başlayıb. Bu zaman Qasımov qadını pis sözlərlə təhqir edib. Məmmədovun qonşu masa arxasında əyləşmiş kişinin qadını söyməsi xoşuna gəlməyib. O, Qasımova yaxınlaşaraq, özünü yaxşı aparmasını tələb edib. Lakin Qasımov buna cavab olaraq Məmmədovu söyüb. Bu, Məmmədovun cibindən oboy kəsmək üçün bıçağı çıxaraq, Qasımova qarın və sinə nahiyəsindən iki zərbə endirməsi üçün kifayət edib. Hadisədən dərhal sonra qatil qaçıb gizlənib. Bildirilir ki, Məmmədovun iki azyaşlı uşağı var. O, bazarda işləyib və xırdavat satıb. Qəsdən törədilmiş qətllə bağlı cinayət işi açılıb.