Gəncədə taksi sürücüsü sərnişinini zorlamaq istəyib

Gəncədə taksi sürücüsü sərnişinini zorlamaq istəyib

29 İyul 2013 15:52
Bəyəndim (0) Bəyənmədim (0)
Qıza üstün gələ bilməyən sürücü ondan 400 manat pul oğurlayıb

Gəncədə taksi sürücüsü Bakıdan gələn 19 yaşlı sərnişinini zorlamağa cəhd edib.OBu barədə məlumatı Gəncə Şəhər Baş Polis İdarəsindən veriblər.Məlumata görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Əfsanə Məmmədova polisə müraciət edərək bildirib ki, şəhərin Abbas Səhhət xəstəxanasının yaxınlığında, Bakıdan Gəncəyə gəldiyi taksidə sürücü onunla zorla cinsi əlaqədə olmağa cəhd edib.Gənc qız buna nail ola bilməyən sürücünün onun çantasından 400 manat pulu götürərək qaçdığını bildirib. Polis əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, taksi sürücüsü, Bakı şəhər sakini, xuliqanlıq hərəkətlərinə görə məhbusluq həyatı yaşamış, 1979-cu il təvəllüdlü Rza Nadirov olub.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

O.M.