
Ana ilə oğlu bir-birini bıçaqladı
Bakıda ana və oğlu bir birini bıçaqlayıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə iyulun 28-i saat 18:30 radələrində Şüvəlan qəsəbəsində qeydə alınıb. Y.Qasımov küçəsində yaşayanlar Nina Yusifzadə və oğlu Emin ailə münaqişəsi zəminində biri-birinə bıçaqla xəsarət yetiriblər. Nəticədə, E.Yusifzadə xəstəxanaya yerləşdirilib. N.Yusifzadə isə Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.
O.M.
Digər xəbərlər