AZAL-ın stüardessasının üzünə “kislota” atdılar

AZAL-ın stüardessasının üzünə “kislota” atdılar

27 İyul 2013 12:09
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə nəticəsində zərərçəkmiş hər iki gözünü itirib, qadının üzü və boyun nahiyəsi eybəcərləşib

Dünən Bakının Xəzər rayonunun Binə qəsəbəsində dəhşətli hadisə baş verib. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin stüardessasının üzünə turşu ("kislota") atıblar. Oxumeni.az xəbər verir ki, bu barədə Xəzər rayon Polis İdarəsindən bildiriblər.

Xəzər rayonu 2-ci polis bölməsinin əməliyyatçıları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Bu, stüardessanın 1963-cü il təvəllüdlü keçmiş əri Əbdülrəhmanov Fərhad Ramiz oğludur. Cinayətin nəticələri çox ağırdır. Zərərçəkmiş, 1972-ci il təvəllüdlü Əbdürrəhmanova Əlfiyə Samir qızı hadisə nəticəsində hər iki gözünü itirib. Bundan başqa, qadının üzü və boyun nahiyəsi eybəcərləşib. İndi o, ağır vəziyyətdə xəstəxanadadır. İstintaq tərəfindən müəyyənləşdirilib ki, 6 il əvvəl Əbdülrəhmanovlar boşanıblar, lakin qadın ərinin soyadını saxlayıb. Bu nikahdan onların 11 yaşlı oğulları böyüyür. Boşanandan sonra Ə.Əbdülrəhimova Binə qəsəbəsinə köçərək, burada oğlu ilə birgə yaşayıb. Keçmiş ər stomatoloq işləyirmiş və dindirmə zamanı bildirib ki, çoxdan boşanmasına baxmayaraq, Əlfiyəni başqa kişilərə qısqanırmış. O, qadının ya onun, ya da heç kimin olmayacağı qərarına gəlib. Bu fikirlə Əbdülrəhmanov 1 litrlik qabda turşu hazırlayıb və keçmiş arvadının evinə yollanıb. Orada Əlfiyə ilə qarşılaşan kişi elə oğlunun gözləri qarşısında turşunu qadının sifətinə atıb. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq davam edir.

O.M.