Ər 21 yaşlı arvadını baltaladı

Ər 21 yaşlı arvadını baltaladı

27 İyul 2013 12:32
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisəni törədən S.Kamranov isə polis tərəfindən saxlanılıb

Bakıda ər həyat yoldaşını baltalayıb.

Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsi, Y.Qasımov küçəsi, ev 12-də qeydə alınıb. Orada kirayədə yaşayan, Beyləqan rayon sakini, 1983-cü il təvəllüdlü Kamranov Seyran Əliyar oğlu ailə münaqişəsi zəminində arvadı, 1991-ci il təvəllüdlü İranəyə balta ilə xəsarət yetirib. Baş nahiyəsindən ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.Hadisəni törədən S.Kamranov isə polis tərəfindən saxlanılıb.Faktla bağlı araşdırma aparılır.

O.M.