Gecə klubunda qan töküldü

Gecə klubunda qan töküldü

25 İyul 2013 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda gecə klubunda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə iyulun 24-də saat 05:50 radələrində Q.Qarayev prospektində yerləşən gecə klubunda qeydə alınıb. Bakı şəhər sakinləri Nahid Əzizov münaqişə zəminində Qahir Şükürlünü bıçaqlayıb.Hadisəni törədən N. Əzizov Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi və Çevik Polis Alayı əməkdaşları tərəfindən tutulub.

O.M.