“Moskva Univermağı"nın şöbə müdirinə elektroşokla işgəncə verdilər

“Moskva Univermağı"nın şöbə müdirinə elektroşokla işgəncə verdilər

25 İyul 2013 11:24
Bəyəndim (0) Bəyənmədim (0)
Cinayətkarlar hadisə yerində ələ keçiblər

Bakıda "Moskva" univermağının işçisinə elektroşokla işgəncə verən iki nəfər cinayət başında yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsindən Apa-ya verilən məlumata görə, iyulun 24-ü saat 08:30 radələrində Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Taleh Nağıyev və Adil Abbasov qabaqcadan əlbir olaraq "Moskva Univermağı"na gəlib, univermağın təsərrüfat şöbəsinin müdiri Yavər Ələkbərovu döyüblər. Daha sonra Y. Ələkbərova özləri ilə gətirdikləri elektroşokla işgəncə veriblər. Onun ağzını dəsmal və yapışqanlı lentlə bağlamaq istəyərkən Y. Ələkbərov qışqıraraq kömək istəyib. Bu zaman orada xidmət edən Nəsimi Rayon Mühafizə Polisinin əməkdaşları hadisə yerinə gələrək T. Nağıyevi və A. Abbasovu yaxalayıb. Onlar özləri ilə gətirdikləri içərisində elektroşok, ling, cib bıçağı, yapışqanlı lent, cib dəsmalı, 2 ədəd qara eynək və ayaqqabı qutusu olan idman çantası ilə birlikdə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə təhvil veriliblər.Polis Bölməsində onların üzərinə baxış keçirilərkən T. Nağıyevdən 19, A. Abbasovdan isə 14 qramdan artıq həşiş aşkar olunaraq götürülüb.

O.M.