20 yaşlı gənc bıçaqlandı

20 yaşlı gənc bıçaqlandı

25 İyul 2013 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabadda bıçaqlanma baş verib. Hadisə bu gecə qeydə alınıb. Belə ki, Vurğun Qənbərov küçəsi sakini ev 113-də yaşayan 1993-cü il təvəllüdlü Mehdizadə İlkin Nəbi oğlu Hacıismayıllı kənd sakini, həmyaşıdı Bayramzadə Babək Mirzəhüseyin oğlu tərəfindən bıçaqlanıb. 5 bıçaq xəsarəti alan İlkin dərhal Cəlilabad Müalicə və Diaqnostika Mərkəzinə çatdırılaraq əməliyyət olunub. Hazırda 20 yaşlı gəncin vəziyyəti orta ağırdır. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Faktla Bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.

O.M.