
Bakıda mənzildən 10 min dollar oğurlandı
Bakıda mənzildən xeyli miqdarda qızıl oğurlanıb. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun H. Cavid küçəsi ev 91, mənzil 15 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Nazilə Dəmirova polisə müraciət edərək yaşadığı evdən 10 min ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının və az məbləğdə pulun oğurlandığını bildirilib.Hadisə ilə bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər