Kürdəmirdə xeyli miqdarda narkotik aşkarlanıb

Kürdəmirdə xeyli miqdarda narkotik aşkarlanıb

22 İyul 2013 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmir rayonunda xeyli miqdarda narkotik aşkarlanıb. Məlumata görə, bu ay ərzində bir neçə rayon sakini qanunsuz olaraq narkotik tərkibli maddələrdən istifadəsinə və satışına görə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, rayon sakini Elvin Məmmədovdan çəkisi 3,56 qram marixuana götürülüb. Dindirmə zamanı məlum olub ki, E. Məmmədov narkotiki həmyerlisi Roman Cəbrayılovdan alıb. Onun evinə baxış keçirilərkən oradan 410 qram qurudulmuş marixuana aşkarlanıb. Digər əməliyyat isə rayonun Atakişilər kəndində keçirilib. Kənd sakini Rauf Dadaşovdan 108 qram heroin, 103 qram tiryək və 3 ədəd narkotik tərkibli cətənə kolu aşkarlanıb. Axtarışlar zamanı R. Dadaşovdan narkotik maddələrin hazırlanması və satışı üçün istifadə olan digər ləvazimatlar aşkarlanıb. Rayon Polis Şöbəsindən bildirilib ki, hər bir faktla bağlı araşdırma aparılır.