
17 yaşlı gənc həmkəndlisini bıçaqladı
Ağdamda bıçaqlanma hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Çullu kənd sakini, 1996-cı il təvəllüdlü Ələkbərov Asəf Araz oğlu həmkəndlisi və həmyaşıdı Əkbərov Kamil İmran oğlunu bıçaqlayıb. Ürək nahiyəsindən xəsarət alan yaralı Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin nisbətən normal olduğu bildirilir.
Asəf Əkbərov əvvəlcə hüquq-mühafizə orqanlarından gizlənmək istəsə də, sonradan təslim olub. Hadisəyə gənclər arasında yaranan anlaşılmazlığın mübahisəyə, sonra isə davaya çevrilməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər