Bakıda müdhiş oğurluq

Bakıda müdhiş oğurluq

19 İyul 2013 11:11
Bəyəndim (0) Bəyənmədim (0)
Oğrular 20-ci mərtəbədən 200 minlik sərvət aparıblar.

Bakı şəhərinin Xətai rayonu ərazisində mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.Oxumeni.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Axundov küçəsi 1188, mənzil 120 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Ağamalıyeva Aygün Elxan qızı bu barədə polisə məlumat verib.18 iyul tarixində polisə müraciət edən qadın bildirib ki, iyulun 15-dən sonra evdə olmadığı müddətdə mənzilinə naməlum şəxs və ya şəxslər soxulub və orada olan 157 min manat pulu, 50 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.İlkin araşdırmalar zamanı məlum olub ki, 20 mərtəbəli binanın 20-ci mərtəbəsində yerləşən mənzilə oğrular pəncərədən daxil olublar. Hazırda fakt üzrə zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

O.M.