
Bakıda avtobusda adam öldürdülər
Sərnişin avtobusunda silahlı insident olub
Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 13.00 radələrində Rusiya səfirliyinin yaxınlığında qeydə alınıb. 6 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusunda baş verən silahlı insident zamanı bir nəfər güllələnib. Yaralı ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə aparılsa da, onu xilas etmək mümkün olmayıb.Polisdən bildirilib ki, ölən şəxsin adı Vəfadardır. Hadisəni törədən isə Anar Xəlilov adında biridir. O, artıq saxlanılıb.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
O.M.
Digər xəbərlər