Hantellə keçmiş arvadını öldürdü

Hantellə keçmiş arvadını öldürdü

17 İyul 2013 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş ər-arvad mülk üstündə tez-tez mübahisə edirlərmiş.Dünən Xaçmaz rayonunun Xudat şəhərində qətl törədilib.Oxumeni.az xəbər verir ki, 37 yaşlı Şahin Bağırov idman vəsaiti – hantellə 28 yaşlı həyat yoldaşının başından vurub. Qadın elə yerində keçinib. Bu barədə Xaçmaz rayon Polis İdarəsindən bildiriblər.Araşdırma zamanı məlum olub ki, bir ay əvvəl Bağırov həyat yoldaşı – üç uşaq anası ilə rəsmən ayrılıb. Boşanmaya baxmayaraq, onlar birlikdə yaşamağa davam ediblər. Məhkəmə keçmiş ər-arvadın əmlakını bölməyib. Məhz əmlak zəmnində Bağırov və keçmiş həyat yoldaşı tez-tez mübahisə edirlərmiş. Dünən onlar yenə də evə görə mübahisə ediblər. Həbs olunmuş Bağırovun sözlərinə görə, qadın onun var-dövlətindən çox şeyə iddia edirmiş. Buna görə də, o, dözməyib və hantellə keçmiş arvadının başından vurub. Faktla bağlı araşdırma davam edir.

O.M.