Ər arvadını qanına qəltan elədi

Ər arvadını qanına qəltan elədi

16 İyul 2013 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Suraxanı rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Suraxanı sakini 55 yaşlı Namiq Orucov yaşadığı mənzildə həyat yoldaşı Səadəti bıçaqlayıb. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyi bildirilir. N.Orucov saxlanılıb, faktla əlaqədar araşdırmalar aparılır.

O.M.