Oğurluq barədə polisə zəng edən ev sahibi özü oğru çıxdı

Oğurluq barədə polisə zəng edən ev sahibi özü oğru çıxdı

16 İyul 2013 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Öz evindən oğurluq edən Sumqayıt sakini tutulub. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Vüsal Kamil oğlu Ağayev Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verərək evindən həyat yoldaşının 2000 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini V. Ağayevin özünün törətdiyi müəyyənləşib. V. Ağayev saxlanıb.Faktla bağlı araşdırma aparılır.

O.M.