
Namusunu qorumaq üçün adam öldürən qıza bəraət verildi
Namusunu qorumaq üçün 47 yaşlı kişini bıçaqlamış gənc qız azadlığa buraxılıb.Sabunçu Rayon Məhkəməsində azyaşlı qızın məhkəməsi başa çatıb.
Oxumeni.az Gün.az-a istinadən xəbər verir ki, hakim İlqar Abbasovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 123.1-ci (Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsi ilə təqsirləndirilən 17 yaşlı qıza bəraət verilib.İttihama görə, əvvəllər 4 dəfə məhkum olmuş 47 yaşlı Rafiq İsmayılov halının pisləşməsi səbəbindən Sabunçu rayon xəstəxanasına müraciət edib.Xəstəni müayinə edən həkimlər onun qarın nahiyəsində bıçaq xəsarəti almasını müəyyən ediblər.Həkimlərin dəvəti ilə xəstəxanaya polis əməkdaşları gələndə məlum olub ki, bıçağı 2 gün əvvəl yaralıya azyaşlı qız vurub.Araşdırmalar zamanı üzə çıxıb ki, Bakıxanov qəsəbəsində avtomobil dayanacağında işləyən R.İsmayılov qızın sərxoşluqla məşğul olan valideynləri və dayısı ilə butulka yoldaşı olub.Axşam qızgilə gələn R.İsmayılov onun valideynlərinin yatmasından istifadə edərək qızı mətbəxə aparıb zorlamaq istəyib.47 yaşlı kişi azyaşlı qızın sinəsindən yapışıb zorlamaq istəyəndə qız stolun üstündəki bıçaqla Rafiqin qarnına zərbə vurub. Bıçaq yarası alan R.İsmayılov sakitcə mənzili tərk edib.R.İsmayılov xəstəxanaya müraciət edəndən 4 gün sonra orada dünyasını dəyişib.
O.M.