22 yaşlı qızı döyərək zorladılar

22 yaşlı qızı döyərək zorladılar

15 İyul 2013 21:54
Bəyəndim (0) Bəyənmədim (0)

22 yaşlı qız bir müddət əvvəl tanış olduğu oğlan tərəfindən zorlanıb.Bakıda 22 yaşlı qızın zorlanması barədə polisə məlumat daxil olub. Oxumeni.az Lent.az-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü K.Ə tanışı tərəfindən cinsi zorakılığa məruz qalması barədə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edib. Gənc qız bildirib ki, bir müddət əvvəl tanış olduğu L. adlı şəxs onu aldadaraq A.Sultanova küçəsində bir ünvana aparıb. Burada həmin şəxs gənc qızı döyüb və onunla zorla cinsi əlaqədə olub.Faktla əlaqədar araşdırmalara başlanılıb, ekspertizalar təyin edilib. K.Ə-nin iddialarının nə qədər doğru olub-olmadığı araşdırmalar nəticəsində məlum olacaq.

O.M.