
Bu gecə Bakı Beynalxalq Avtovağzalında qan töküldü
Bu gecə saat 00:30 radələrində Bakı Beynalxalq Avtovağzal Kompleksində bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Zaqatala rayon sakini Səlim Səfərov mübahisə zəminində Bakı şəhər sakini İlahi Kamilovu bıçaqlayıb. Bıçaqlanan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Səlim Səfərov isə qaçıb gizlənib.Binəqədi rayon Polis İdarəsi 40-cı polis bölməsinin əməkdaşlarının keçirdiyi axtarış əməliyyatları nəticəsində Səlim Səfərov tutulub.
O.M.
Digər xəbərlər