
Dünənin kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 55 cinayət faktı qeydə alınmış, onların da 28-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.
6 yanğın hadisəsi qeydə alınmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.
Bir nəfər bu yazını yazmışdır, yüzlərlə insan oxuyaraq başqalarına danışmışdır...
Günel Həbib
O.M.