Avtomobildən 20 min dollar oğurlanıb

Avtomobildən 20 min dollar oğurlanıb

13 İyul 2013 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə iyulun 3-də paytaxtın Puşkin küçəsində qeydə alınıb. İmişli rayon sakini Natiq Qarayevə məxsus "Ford" markalı avtomobildən şüşəni sındırma yolu ilə 20 min ABŞ dolları oğurlanıb.Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 22-ci Polis Bölməsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Nicat Quliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Sumqayıt şəhərində iyulun 4-də tutulub.Cinayətin digər iştirakçısı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Aqşin Əsədov isə iyulun 12-də yaxalanıb.Onun üzərinə baxış keçirilərkən 13 qramdan artıq həşiş qətranı aşkar edilib.

O.M.