Azərbaycanda 30-35 yaşlarında kişi qətlə yetirilib

Azərbaycanda 30-35 yaşlarında kişi qətlə yetirilib

12 İyul 2013 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda naməlum kişi qətlə yetirilib. Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən BMW servisin qarşısında qeydə alınıb.

Döş və kürək nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri alan 30-35 yaşlı naməlum kişi ağır vəziyyətdə xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.Hazırda ölən kişinin şəxsiyyəti müəyyənləşdirilir. Hadisənin motivi məlum deyil.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

O.M.