Ana uşağını qayçı ilə bu hala saldı

Ana uşağını qayçı ilə bu hala saldı

12 İyul 2013 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Çində tükürpədici hadisə yaşanıb. Oxumeni.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ana öz 8 aylıq körpəsinin üzünü qayçı ilə deşib. Buna səbəb Xiao Bao adlı uşağın süd əmdiyi zaman ananı dişləməsi olub. Bundan sonra əsəbiləşən qadın qayçı ilə körpənin üzündə deşiklər açıb. Körpəni qan içində təsadüfən qonaq gələn əmisi tapıb. Uşaq dərhal xəstəxanaya çatdırılıb və ona 100 tikiş qoyulub. Həkimlər uşağın sağ qalmasını möcüzə adlandırıblar.
Adı açıqlanmayan qadına isə həkimlər psixi pozğunluğu olmaması barədə sənəd veriblər və uşağının qaytarılacağını deyiblər. Bu qərar isə hadisə barədə xəbər tutanlarda birmənalı qarşılanmayıb.

O.M.